ABŞ rəsmisi Səudiyyə Ərəbistanına getdi - DİQQƏTÇƏKƏN GÖRÜŞ

7 Noyabr 2019 22:24 (UTC+04:00)

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Gina Haspel ilə görüşüb.

Publika.az xəbər verir ki, paytaxt Ər-Riyadda baş tutan görüşdə iki ölkə arasındakı ortaq əhəmiyyətə sahib məsələlər müzakirə edilib.

SPA rəsmi xəbər agentliyinin yaydığı informasiyada detallara yer verilməyib.

ABŞ-da Tvitterin iki sabiq işçisi haqqında Səudiyyə Ərəbistanı hökumətinə pul qarşılığında kəşfiyyat məlumatları ötürməsi iddiası çıxdıqdan sonra bu görüşün gerçəkləşməsi diqqət çəkir.

Zümrüd