Donald Tramp: "ABŞ-da mətbuat azadlığı yoxdur"

8 Noyabr 2019 03:00 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp tvitter hesabından od püskürüb.

Publika.az xəbər verir ki, prezident “Vaşinqton Post” qəzetini yalançı adlandırıb.

Tramp qəzetin ötən gecə yayımladığı və özünün Ədliyyə naziri Uilyam Barrdan mətbuat konfransı keçirərək impiçment işində günahsız olmasını söyləməsini istədiyi yönündəki xəbərinə reaksiya verib.

"Yalançı “Vaşinqton Post” “adı açıqlanmayan” mənbəyə istinadən uydurma xəbər yazır. Belə bir qaynaq yoxdur. Ədliyyə Nazirliyi, onsuz da, telefon danışığımızda bir problem olmadığını açıqladı. Bizim mətbuat azadlığımız yoxdur”.

Zümrüd