“Kobra” ləqəbli 6 qat dünya çempionu Kənan M.M-i RİNQƏ ÇAĞIRDI - VİDEO

8 Noyabr 2019 13:52 (UTC+04:00)

Peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, Əməkdar idman ustası Pərviz Abdullayev ARB TV-nin “Show News” verilişinə müsahibə verib.

Publika.az xəbər verir ki, “Kobra” ləqəbi ilə tanınan idmançı şou-biznes nümayəndələri ilə bağlı maraqlı açıqlamalar verib:

“İfaçılardan Röya Ayxan, Zamiq Hüseynov və Ayaz Qasımovu dinləyirəm. Röyanın səhnə görünüşü əladır. Bayağı müsiqiləri sevmirəm, dinləmirəm. Damla və Şəbnəm Tovuzlunu dinləmirəm. Onların da öz kütləsi var. Şou-biznes nümayəndələrindən Kənan Mahmudovla döyüşmək istərdim. Kişi müğənnilər isə mənimlə döyüşə bilməzlər, mümkün deyil. Əgər aralarından kimsə mənimlə döyüşmək istəyirsə, buyursun, problem deyil. Xanım müğənnilərdən komplimentlər eşidirəm”.