Bakıda maşınla qadını vurub qaçan sürücü tutuldu

8 Noyabr 2019 13:43 (UTC+04:00)

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 1-də Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.