Emin Milli: Mənsimov haqlıdır, müxalifət insanovlaşır

8 Noyabr 2019 15:37 (UTC+04:00)

Mübariz Mənsimov haqqlıdır. Bu gün görünən budur ki, hakimiyyət yavaş-yavaş dəyişir, cavanlaşır, amma müxalifət qocalır. Müxalifətin Əliinsanovlaşma prosesi gedir. Acı da olsa, həqiqət budur.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Meydan TV-nin keçmiş rəhbəri, ictimai fəal Emin Milli deyib.

O, Mübariz Mənsimova Meydan TV haqqında dediklərinə görə də təşəkkür edib.

Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimov sabiq nazir Əli İnsanovun radikal müxalifətlə bir araya gəlməsinə münasibət bildirmiş, bunu iqtidarın gəncləşməsi fonunda müxalifətin qocalması kimi dəyərləndirmiş, Əli İnsanovun siyasi keçmişini xatırlatmış və belə bir şəxslə "mübarizəyə başlamağı" uğursuzluq saymışdı.