Metroda gedişhaqqı artacaq? - RƏSMİ

8 Noyabr 2019 15:59 (UTC+04:00)

"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir".

Bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o, qeyd edib.

Metropoliten rəsmisi gələcəkdə metroda differensial tarif sisteminə keçə biləcəklərini də deyib: "Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumuz 76 stansiyanın hamısı istismara veriləndən sonra differensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir". (report)