Məşhur uşaq nefroloqu və nevroloqu Bakıda xəstələri qəbul edəcək

8 Noyabr 2019 18:51 (UTC+04:00)

Türkiyənin Memorial Sağlıq Qrupunun Uşaq Sağlamlığı və Xəstəliklər bölməsinin Uzmanları Uşaq Nefroloqu Prof. Dr. Ali Anarat və Uşaq Nevroloqu Prof. Dr. Cihan Meral 13-14 Noyabr Leyla Medical Centerdə pasientlərini qəbul edəcək.

Publika.az xəbər verir ki, Türkiyədən dəvət olunan Prof. Dr. Cihan Meral uşaqlarda mövcud ola biləcək bütün nevroloji xəstəliklər üzrə müayinələr aparacaq: şiddətli beyin zədələnməsi, keçici iflic, yaxşı və ya pis epilepsiya, sadə halsızlıq, otistik şikayətlər, davranış pozğunluqları, əzələ xəstəlikləri və sinir zədələri kimi müxtəlif nevroloji şikayətlər zamanı 13-14 noyabr tarixlərində Prof. Dr. Cihan Merala müraciət edə bilərsiniz.

Türkiyədən dəvət olunan Prof. Dr. Ali Anarat 13-14 noyabrda körpələrin və uşaqların sidik, böyrək xəstəliklərinin müayinəsi və müalicəsini aparacaq. Anadangəlmə və ya sonrakı infeksiyalar, qanaxmalar, kistlər, şişlər, böyrək çatışmazlığı, hipertansiyon, böyrək və sidik yollarının daşları kimi bütün uro-nefroloji şikayətlər zamanı "Leyla Medical Center"-ə dəvət olunmuş Prof. Dr. Ali Anarata müraciət edə bilərsiniz.

Övladınızın sağlamlığını tam əminliklə etibar edə biləcəyiniz tək mərkəz "Leyla Medical Center"dir.

Əlaqə nömrəsi:

Fəridə Rəhimbəyova 050 207 11 19