Dünyanın ən xoşbəxt xalqı məlum oldu

8 Noyabr 2019 19:07 (UTC+04:00)

“Eurostat”ın 25 Avropa ölkəsində keçirdiyi sorğulara əsasən özünü ən az xoşbəxt hiss edənlər latviyalılardır.

Publika.az-ın məlumatına görə, aparılan sorğularda məlum olub ki, Latviya əhalisinin yalnız 31 faizi özünü xoşbəxt hiss etdiyini bildirib. Özlərini ən xoşbəxt hiss edənlər Belçikada (76 faiz) yaşayır.

Bundan əlavə on ballıq şkala üzrə insanların həyat şəraitindən razılığı da hesablanıb. Belə ki, Avropa İttifaqı üzrə ortalama razılıq faizi 7,3 təşkil edib. Latviyada bu göstərici 6,7, Estoniyada 7, Litvada 6,4-dür. Burada ən az göstərici Bolqarıstanda (5,4), ən yuxarı isə Finlandiyada (8,1) qeydə alınıb.