Prezident seçkilərində Trampa ŞOK RƏQİB: Dünyanın ən varlı şəxslərindədir

8 Noyabr 2019 22:34 (UTC+04:00)

2020-ci ildə ABŞ-da keçiriləcək preziden seçkiləri yarışına yeni namizəd daxil olur.

Publika.az xəbər verir ki, Nyu Yorkun sabiq bələdiyyə sədri, “Blumberq”in sahibi Maykl Blumberq Demokratlar Partiyasının prezidentliyə namizədi ola biləcəyini açıqlayıb.

Dünyanın ən varlı şəxsləri siyahısında yer alan milyarder düşünür ki, Demokratlar Partiyasının hazırkı namizədi Donald Trampa qalib gələ bilməyəcək. Onun prezidentlik uğrunda yarışa girə bilmək üçün Alabama ştatında müraciət etməsi gözlənilir.

Maykl Blumberqin daha əvvəl verdiyi “həyatımın çoxunu üzvü olaraq keçirdiyim Demokratlar Partiyasına yenidən qatıldım” açıqlaması 2020-ci il seçkilərinə qatılmaq üçün atdığı ilk addım kimi dəyərləndirilib.

Qeyd edək ki, demokratların hazırkı namizədi sabiq prezident köməkçisi Co Baydendir.

Zümrüd