Ərdoğan ABŞ-a getməzdən qabaq Putinlə görüşəcək - SƏBƏB

9 Noyabr 2019 06:00 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonda müzakirə aparacaq.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

Türkiyə mətbuatının xəbərinə görə, Ərdoğan daha əvvəl Putinlə noyabrın 9-da telefon danışıqları aparacağını söyləmişdi.

Görüşün gündəmi Suriya böhranı olacaq.

Qeyd edək ki, Ərdoğan 13 noyabrda Vaşinqtona dəvətlidir.