SON DƏQİQƏ: ABŞ əsgərlərinə ŞOK HÜCUM, 17 raket atıldı

9 Noyabr 2019 01:15 (UTC+04:00)

İraqın Mosul şəhərinin cənubundakı Kayyara Hərbi Hava Bazasına 17 ədəd raket atılıb.

Publika.az xəbər verir ki, ABŞ əsgərlərinin olduğu bazaya hücumdan sonra İŞİD terrorçularının zərərsizləşdirilməsi üçün əməliyyat başladılıb.

İraq Müdafiə Nazirliyindən veriləln açıqlamada tələfatın olmadığı bildirilib.

Mosula 70 km məsafədə yerləşən baza 2016-cı ildə İŞİD-in əlindən alındıqdan sonra ABŞ əsgərləri tərəfindən istifadə edilir.