ÖLKƏ ŞOKDA: daha bir ailənin 4 üzvü ölü tapıldı - DƏHŞƏTLİ OLAY/VİDEO

9 Noyabr 2019 11:33 (UTC+04:00)

Türkiyədə hər kəsi dəhşətə gətirən daha bir şok hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Antaliya şəhərində bir ailənin 4 üzvü evində ölü tapılıb. Onların sianiddən zəhərlənərək öldüyü ehtimal edilir. Evə baxış zamanı 3 polis və 3 tibb işçisi də zəhərlənərək xəstəxanaya aparılıb. Ölənlər Selim Şimşek (36), həyat yoldaşı Sultan Şimşek (38) və övladları Ceren Şimşek (9), Ali Çınar Şimşekdir (5). Evə girən polis ata və övladlarının əl-ələ tutaraq həyata gözlərini yumduğunu görüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bundan öncə oxşar hadisə İstanbulda qeydə alınmışdı. Bir ailənin 4 üzvü mənzildə intihar etmiş qapının üzərinə isə "Daxil olmayın" Polisə zəng edin, mənzildə sianid var", - yazılmışdı.