Nazirlik dərmanlarla bağlı açıqlama yaydı: Məsuliyyət daşımırıq

9 Noyabr 2019 16:31 (UTC+04:00)

Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib.

Publika.az-a Nazirlikdən verilən məlumata görə, bu reklamların onlara heç bir aidiyyəti yoxdur.

Bildirilib ki, nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır: "Respublika Müalicə Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib. Dələduzlar Rusiyanın baş uşaq onkoloqu olan Mamed Əliyevin şəklini paylaşaraq arıqlamaq üçün dərman preparatının satışını həyata keçirmək istəyiblər".