Şirkət məşhur aktrisaya 200 minlik avtomobili satmadı - FOTO

9 Noyabr 2019 20:29 (UTC+04:00)

Məşhur türkiyəli aktrisa Demet Özdemir yeni avtomobil almaq fikrinə düşüb.

Publika.az xəbər verir ki, aktrisanın bəyəndiyi “Mercedes” markalı avtomobil gözlədiyindən bahalı olub.

O, 700 min TL (təxminən, 207 min manat) dəyərindəki avtomobili endirimlə əldə etmək üçün işə aktyor dostunu cəlb edib. Avtomobili satan şirkətlə tanışlığı olan dostun “məşhurluq endirimi” təklifi də işə yaramayıb. Şirkət təklif edilən 600 min TL məbləğə razılıq verməyib.

Demet isə bu cavabdan sonra avtomobili almaq niyyətindən daşınıb.

Qeyd edək ki, Demet Özdemir İbrahim Çelikkolla baş rollarını paylaşdığı “Evim” serialı ilə ekranlara geri qayıdacaq. Tv8-də yayımlanacaq serial 2 ay ərzində tamaşaçıların görüşünə gələcək.