Bakıda 4 otaqlı ev yandı

11 Noyabr 2019 21:29 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazlirliyinə istinadən verdiyi məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.