Ruhani geri addım atdı: bütün danışıqlara hazırdırlar

11 Noyabr 2019 01:01 (UTC+04:00)

“Dünya ilə əlaqədə olmasaq, tənhalaşarıq”.

Publika.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

Prezident bildirib ki, mənafelərinə uyğun şəkildə hər bir müzakirə masasına oturmağa hazırdırlar.

O, nüvə razılaşmasından imtina etməyi və Qərb ölkələri ilə münasibətlərin məhdudlaşdırılmasını müdafiə edən müxalifləri qınayıb: “Bəziləri dünya ilə görüşəcəyimiz təqdirində əlimizdəki gücü itirəcəyimizi zənn edir. İnkişaf yolunda olan bir ölkənin tənhalaşması düşünülə bilərmi? Milli mənfəətimizi təmin etmək üçün bütün yollara baş vurmağa hazırıq”.