Quba sakini olan 5 nəfər həbs edildi - BİRİ QADINDIR

13 Noyabr 2019 05:47 (UTC+04:00)

Hacıqabulda əkin sahəsindən 4 ton qarğıdalı oğurlanıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Qarasu kəndi ərazisindəki əkin sahələrinin birindən 4 ton qarğıdalı oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri C.Mərdanov, Y.Əsgərov, Ə.Qurbanova, O.Hüseynov və Ə.Ələsgərov saxlanılıblar.

Araşdırmalar davam etdirilir.