Şəmkirdə ağır qəza: xəsarət alan var

13 Noyabr 2019 22:30 (UTC+04:00)

Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəza şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Akay Məhərrəmov xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Report