Azərbaycanda qızıl bahalaşdı

14 Noyabr 2019 23:55 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, noyabrın 14-də qızılın qiyməti noyabrın 13-ü ilə müqayisədə 7,735 manat artaraq 1 unsiya üçün 2490,347 manat təşkil edib.

Gümüş 0,1622 manat bahalaşaraq 1 unsiya üçün 28,865 manata bərabər olub.

Platinin qiyməti 3,1875 manat artaraq 1486,6925 manat, palladiumun qiyməti 22,5165 manat artaraq 2923,371 manat təşkil edib.