SON DƏQİQƏ: Bu ölkədə ard-arda 12 güclü zəlzələ

15 Noyabr 2019 12:13 (UTC+04:00)

İndoneziya dəhşətli zəlzələlərlə silkələnib.

Publika.az xəbər verir ki, ötən gün baş verən 7,1 bal gücündəki zəlzələdən sonra yerli vaxtla saat 22:45-dən etibarən başlayaraq daha 12 yeraltı təkan qeydə alınıb.

Zəlzələlərin gücü 5,3 baldan 5,9 bala qədər təşkil edib.

Sarsıntıların mərkəzi Şimali Maluku və Sulaveri bölgələri olub.

Dağıntı və tələfat genişmiqyaslıdır.

Zümrüd