4 nəfər kirayədə qaldığı evdə... - TUTULANLAR VAR

15 Noyabr 2019 13:33 (UTC+04:00)

Bakıda soyğunçuluq etmiş şəxslər tutulub.

Publika.az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini F.Rzayev noyabrın 13-də Moskva prospektindəki evlərin birində 4 nəfərin ona zor tətbiq edərək 98 manatını aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.

Araşdırma aparılır.