Prezidentdən Sultan Dadaşovla bağlı SƏRƏNCAM

15 Noyabr 2019 17:15 (UTC+04:00)

Prezident İlham Əliyev Sultan Dadaşovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Sultan Tofiq oğlu Dadaşov 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.