Türkiyəli ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: UŞAĞIMI TƏCİLİ...

16 Noyabr 2019 17:30 (UTC+04:00)

Türkiyəli müğənni Aleyna Tilki paparatsilərin hədəfinə tuş gəlib.

Publika.az xəbər verir ki, anası ilə "İstinye Park"da alış-veriş edən gənc müğənni jurnalistləri gördükdə həyəcanlanıb:

"Ana, uşağımı təcili qucağıma ver".

Saçlarını da qucağındakı gəlincik kimi toplayan Aleyna gülümsəyərək poz verib.

Qeyd edək ki, Demet Akalın da 2017-ci ildə "Aqua Florya"da qızı Hiranın gəlinciyi ilə görüntülənmişdi.