Əfsanəvi fotoqraf vəfat etdi - FOTO

17 Noyabr 2019 17:45 (UTC+04:00)

Məşhur fotoqraf, "Bitlz" və "Rollinq Stounz" kimi tarixi qrupların fotolarını çəkməklə şöhrət qazanmış fotoqraf Terri Onil vəfat edib.

Publika.az Mirror-a istinadən xəbər verir ki, 81 yaşlı prostat xərçəngindən əziyyət çəkən sənətkar İngiltərədə dünyasını dəyişib.

Qeyd edək ki, T.Onil son 60 ilin ən böyük ikonik fotoqrafı hesab edilirdi.