Qazaxda minik və yük avtomobilləri toqquşdu - Xəsarət alanlar var

17 Noyabr 2019 19:09 (UTC+04:00)

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"QAZ-53" və "QAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

Qeyd edək ki, qəza zamanı "QAZ-53" avtomobili aşıb.

Faktla bağlı araşdırma aparılır.