Bu da Gülşənin 20 minlik ayaqqabıları - FOTO

18 Noyabr 2019 12:21 (UTC+04:00)

Restoranların birində konsert proqramı ilə çıxış edən müğənni Gülşən bahalı paltarı ilə diqqət mərkəzində olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz konserti üçün “Balenciaga”dan dəyəri 20 min TL-lik corab-çəkmə və “Paco Rabanne” markasından 4 min TL-lik paltar seçib. O, ümumilikdə 24.000 lirəyə başa gələn stili üçün aşağıdakıları söyləyib:

“Geyimdə özümə qoyduğum büdcə və limitim var. Səhnə və gündəlik geyimlərimə əhəmiyyət verirəm. Bu, işimə və tamaşaçıya olan hörmətimə bağlıdır”.