Azərbaycanda tanışını öldürməklə hədələyən şəxs tutuldu

18 Noyabr 2019 14:30 (UTC+04:00)

Ağcabədi sakinini ölümlə hədələyən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini D.Ağayev Rayon Polis Şöbəsinə müraciət edib noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.