Dövlət Miqrasiya Xidməti ali təhsilli şəxsləri işə dəvət edir

18 Noyabr 2019 13:23 (UTC+04:00)

Dövlət Miqrasiya Xidməti orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbulla bağlı müsabiqə elan edir.

Publika.az xəbər verir ki, bu barədə DMX-nin sədri Vüsal Hüseynov elan paylaşıb.

Qurum rəhbəri əlavə edib ki, ali təhsilli və digər müvafiq tələblərə cavab verən şəxslər müraciət edə bilərlər.

Namizədlər ətraflı məlumatı bu linkdən əldə edə bilər:

https://eservices.dim.gov.az/elimt/Miqrasiya?fbclid=IwAR3z5M1zjxSwGfWg_cXd1dzOcbkLN8_HG-tCJQuWyE756BXdTExUCr112WY