Əxlaqı olmayan adamın namaz qılması... - İmam CAVABLADI/VİDEO

18 Noyabr 2019 15:32 (UTC+04:00)

Azərbaycan teleməkanının ən baxımlı, ən reytinqli dini proqramı olan SPACE-də canlı yayımlanan "İnam" verilişinin ötənhəftəki buraxılışında "İslamda peyğəmbər əxlaqı" mövzusu müzakirəyə çıxarılıb.

Publika.az-ın informasiya dəstəyi verdiyi proqramın ideya müəllifi və aparıcısı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylidir. Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayevin qonaq olduğu verilişdə əxlaqla bağlı bir-birindən maraqlı fikirlər səsləndirilib.

Hər həftənin cümə günü saat 19:00-da efirə gedən və canlı yayımlanan verilişin tam versiyasına BURADAN baxa bilərsiniz