“İnterfaks”ın redaktoru itkin düşdü

18 Noyabr 2019 19:35 (UTC+04:00)

Moskvada “İnterfaks” agentliyinin redaktoru Marqarita İqnatova itkin düşüb.

Publika.az xəbər verir ki, M.İqnatova noyabrın 17-də kilsəyə gedib və bundan sonra ondan xəbər yoxdur.

Jurnalistin axtarışları aparılır.