Türkiyədə zəlzələ oldu

19 Noyabr 2019 08:01 (UTC+04:00)

Türkiyənin Van vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 01:44-də qeydə alınıb.

Yeraltı təkanların episentri Başkale rayonunda, ocağı isə 7,2 kilometr dərinlikdə yerləşib.