Türkiyə-İran sərhədində zəlzələ

20 Noyabr 2019 08:53 (UTC+04:00)

Türkiyə-İran sərhədində 3,1 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanların episentri Türkiyənin Van əyalətindən 94 kilometr şərqdə və İranın Təbriz şəhərindən 165 kilometr qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.