Maurinyo geri döndü

20 Noyabr 2019 13:23 (UTC+04:00)

Joze Maurinyonun yeni komandası bəlli olub.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ​Maurisio Poçettino ilə yollarını ayıran "Tottenhem" portuqaliyalı Joze Mourinyo ilə 2.5 illik müqavilə imzalayıb.

Müqavilə bağlanarkən Maurinyo bu sözləri deyib: Komandanın yüksək keyfiyyətə və çox böyük azarkeş kütləsinə sahib olması məni həyəcanlandırır.

"Tottenham"in prezidenti Daniel Levinin isə təəssüratı belə olub: "Futboldakı ən yaxşı məşqçilərdən birinə sahib olduq. Böyük təcrübəyə malikdir. Onun soyunma otağına enerji və inam gətirəcəyinə inanırıq”.