"Mançester Yunayted"in üç zədəlisi qayıtdı

21 Noyabr 2019 08:11 (UTC+04:00)

"Mançester Yunayted"in futbolçuları 3 futbolçusu zədələrini sağaldıb.

Publika.az xəbər verir ki, Lyuk Şou, Aleks Tuanzebe, Nemanya Matiç komanda ilə ümumi məşqlərə başlayıb. Onlar İngiltərə Premyer Liqasının 13-cü turunda noyabrın 24-ü "Şeffild Yunayted"ə qarşı keçiriləcək matçda baş məşqçi Ole-Qunnar Sulşer şans verəcəyi təqdirdə, oynayacaq.