Uran “Ölü sevgi”sinə Fransada klip çəkdirdi

21 Noyabr 2019 15:25 (UTC+04:00)

Bir müddətdir ki, Fransada yaşayan reper Uran Fransada "Ölü sevgi" adlı trekinə klip çəkdirir.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

Trekin musiqisi Ələkbər Hüseynovla, tanınmış musiqiçi İsfar Sarabskiyə məxsusdur. O, bildirib ki, klipin çəkilişləri davam edir. Ekran işi yaxın günlərdə təqdim olunacaq.

Reper onu da əlavə edib ki, "Ölü sevgi" parçasının sözləri 2006-cı ildə yazılıb:

"Ayrılıq haqqında olan trek "Mənasız Şeylər"(2009) albomuna daxil olmalı idi - yerini "Külək" tutdu. 2010-cu ildə orijinal musiqinin yerinə yeni versiya gəldi…"