Mayk Pensdən İran xalqına DƏSTƏK

21 Noyabr 2019 15:46 (UTC+04:00)

ABŞ-ın vitse-prezidenti Mayk Pens İranda benzinin bahalaşmasından sonra başlanan və etirazçıların ölümünə səbəb olan aksiyaları dəstəkləyir.

Publika.az xəbər verir ki, Pens bu barədə fikirlərini tvitter hesabında paylaşıb.

"İranlılar aksiyalar üçün küçəyə çıxanda Tehrandakı ayətullahlar zorakılıqdan istifadə etməyə və öz xalqını əzməyə davam edir. ABŞ-ın mesajı açıqdır: “Amerika xalqı İran xalqının yanındadır”, - vitse-prezident qeyd edib.

Qeyd edək ki, ABŞ nüvə proqramına görə İrana sanksiyalar tətbiq edəndən sonra ölkə iqtisadiyyatı çökməyə başlayıb. Noyabrın 12-də benzinin 3 dəfə bahalaşması isə xalqı küçələrə töküb.

Rəsmi açıqlamaya görə, iğtişaşlar zamanı 6 polis, 1 aksiyaçı ölüb. Beynəlxalq Əfv Təşkilatı isə 21 şəhərdə 106 nəfərin öldüyünü bildirir.

Zümrüd