Xalq artisti Aygün Kazımova yeni stili ilə gündəmdə - FOTO

22 Noyabr 2019 13:45 (UTC+04:00)

Tez-tez fərqli stilləri ilə pərəstişkarlarını təəccübləndirməyi sevən Xalq artisti Aygün Kazımova bu dəfə də öz ənənəsinə sadiq qalıb.

Publika.az xəbər verir ki, sənətçi yeni fotosessiyası üçün kamera qarşısına keçib.

Eleqant və qlamur qadın obrazını canlandıran ulduzun stili üzərində dünya şöhrətli azərbaycanlı modelyer, “Afffair” brendinin yaradıcısı Rüfət İsmayıl çalışıb.