Selena Qomez 2 ildən sonra səhnəyə elə paltarda çıxdı ki... - FOTO

25 Noyabr 2019 14:25 (UTC+04:00)

Səhhəti və şəxsi həyatında baş verən hadisələrdən dolayı səhnədən uzaqlaşan müğənni Selena Qomez 2 ildən sonra böyük səhnəyə geri dönüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış sənətçi dünən “American Music Awords 2019” musiqi mükafatlarının təqdimolunma mərasimdə çıxış edib. 27 yaşlı ulduz şounu “Lose You to Love Me” adlı yeni mahnısı və ehtiraslı rəqsi ilə açıb.

Səhnəyə qara uzun paltarda çıxan müğənni daha sonra qızılı bodidə görünüb. O, cəlbedici səhnə kostyumu ilə diqqət çəkib. Ulduz qırmızı xalça üçün çiyin dekolteli, neon yaşılı mini don seçib. Bu libasını brilyant boyunbağı ilə tamamlayan Selena artıq çoxdan yeniyetmə deyil, özündənəmin gənc gözəl bir qadın olduğunu və onu irəlidə böyük uğurlar gözlədiyini göstərmək istəyib.