Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDA

28 Noyabr 2019 06:47 (UTC+04:00)

Əksər insanlar pəhrizlərinə diqqət yetirib qidalanmalarını yaxşılaşdırsalar da, sağlam pəhrizin bütün qaydalarına əməl etmək elə də asan deyil. Məsələn, almanı yanlış vaxt yemək həzmi yaxşılaşdırmaq əvəzinə bağırsaq problemlərinə səbəb ola bilər. Xoşbəxtlikdən bu məhsullardan istifadənin əsas qaydaları ilə tanış olmaq mümkündür.

Publika.az oxucuları qidaların yeyilməsi üçün vaxtın düzgün seçilməsi və bundan maksimum yararlanmaq barədə məsləhətlərlə tanış edir.

Banan

12 продуктов, которые могут навредить, если есть их в неправильное время

Günə gümrah başlamaq üçün acqarına banan yemək yaxşı seçim kimi görünsə də, enerji səviyyəsini aşağı sala bilər. Əvvəlcə ehtimal ki, şəkərin çox olması səbəbindən gücünüzün artdığını hiss edəcəksiniz, ancaq bir neçə saatdan sonra yorğunluq və aclıq özünü göstərməyə başlayacaq. Banan yemək bağırsaq sindromu olan insanlar üçün təhlükəli ola bilər.

Səhər yeməyində banandan imtina etməyə hazır deyilsinizsə, onları fıstıq yağı kimi sağlam vasitə ilə birləşdirin.

Qəhvə

Çoxları üçün oyandıqdan dərhal sonra bir fincan qəhvə içmək təbii görünür, bu, əslində tamamilə faydasızdır. Tədqiqatlar göstərib ki, yeməkdən əvvəl qəhvə içmək kofeinə olan həssaslığı azaldır. Oyandıqdan sonra ilk saatda bədən kortizol hormonu ifraz edir, bu prosesi və təbii bioloji ritmi pozmamaq çox vacibdir.

Odur ki, bir az gözlədikdən sonra bir fincan qəhvə için. Ancaq onu da unutmayın ki, gündəlik kofein miqdarına riayət etmək və axşam saatlarında, yatmazdan əvvəl qəhvə içməmək daha yaxşıdır.

Düyü

Uzun bir iş günündən sonra suşi və ya plovu nə qədər sevməyinizdən asılı olmayaraq, uğurlu seçim olmaya bilər. Düyü çox gec həzm olunan mürəkkəb karbohidratı ehtiva edir. Bir tərəfdən bu cür yemək bizə çox enerji verir. Eyni zamanda düyüdə kalori çoxdur və gecə yemək köklüyə səbəb olacaq.

Nahar, rasiona düyü daxil etmək üçün ən yaxşı zamandır. Bu saatlarda maddələr mübadiləniz sürətli gedir, bədən üçün bu cür qidaları həzm etmək asanlaşacaq. Bundan əlavə, məhsuldar gün üçün enerjiyə ehtiyacınız olacaq və mürəkkəb karbohidratlar bunun ilk vasitəçisidir.

Şəkər

12 продуктов, которые могут навредить, если есть их в неправильное время

Əgər sağlam qidalanırsınızsa, rəfinə edilmiş şəkərdən uzaq olmaq yaxşıdır, amma bəzən şirniyyatların cazibəsinə qarşı çıxmaq mümkün deyil. Əsas səhv odur ki, biz şirniyyatı qəlyanaltı kimi yeyirik. Beləliklə, qanda şəkərin səviyyəsi yüksəlir, sonra da xeyli aşağı düşür, sizi yorğun və əsəbi edir.

Əsas yeməkdən dərhal sonra özünüzü desertlə sevindirmək yaxşıdır. Bu, qanda şəkərin səviyyəsini kəskin şəkildə yüksəltməyəcək.

Süd

12 продуктов, которые могут навредить, если есть их в неправильное время

Uşaqlıqdan bəzi insanlar günə bir stəkan süd ilə başlamağa öyrəşib, lakin bu vərdiş böyüklərdə yaxşı işləmir. Süd çətin həzm olunur, odur ki, səhər içsəniz və digər məhsullarla birləşdirsəniz mədədə ağrı hiss edəcəksiniz.

Axşam, bir stəkan isti süd üçün ən yaxşı vaxtdır. Bədəni sakitləşdirməyə kömək edir, beləliklə yuxuya tez gedirsiniz.

Ət

12 продуктов, которые могут навредить, если есть их в неправильное время

Ət zülal və B vitamininin əsas mənbəyidir, lakin həzm sistemini həddindən artıq yükləyə bilər. Yatmazdan ən az 3 saat əvvəl ət, xüsusilə qızartma növlərini yeməmək daha yaxşıdır. Yağsız ətə üstünlük verin, belə şam yeməyi qidalandırıcıdır və həddindən artıq kalori ehtiva etmədiyi üçün köklüyə səbəb olmur.

Lazımi miqdarda protein almaq üçün gün ərzində ət yeyə bilərsiniz. Ancaq səhər yeməyinə daxil etməyin, çünki bu qədər ağır yemək yenicə oyanmış bədən üçün ağır ola bilər.

Qoz-fındıq

Qoz-fındıq sağlam yağ mənbəyidir, lakin onları axşam qəlyanaltı kimi yemək yaxşı seçim deyil. Ümumiyyətlə, sağlamlıq üçün faydalıdır, ancaq həddi aşmısınızsa, həzm çox vaxt çəkə bilər və bu vəziyyətdə yuxuya getmək çətin olacaq.

Bütün faydalı xüsusiyyətlərini əldə etmək üçün fındığı səhər yeməyində və ya yeməklər arasında qəlyanaltı olaraq seçin: ürək sağlamlığını gücləndirir, xolesterin səviyyəsini normallaşdırır, arıqlamağa, dərinin və saçın bərpasına kömək edir.

Pendir

12 продуктов, которые могут навредить, если есть их в неправильное время

Yatmazdan əvvəl pendirli sendviç zərərsiz görünür, amma bu fikirdən çəkinmək daha yaxşıdır. Yüksək kalorili pendiri həzm etmək çətindir, yəni narahatlıq yarada və gecə yuxunuzu poza bilər.

Digər tərəfdən, səhər yeməyində bir az pendir yemək bədənin kalsium ehtiyacını təmin edəcək, eyni zamanda əzələlərin böyüməsinə və sümük sağlamlığına kömək edəcək.

Sitrus bitkiləri

Əlinizdə bir stəkan təzə portağal suyu ilə yeni günə başlamaq faydalı görünsə də, belə deyil. Sitrus meyvələrində çox miqdarda turşu var ki, əsas yemək zamanı və ya dərhal sonra istifadəsi həzm problemlərinə səbəb olan mədə turşuluğunu artırır. Yanğı, mədədə ağırlıq hiss etmək və maddələr mübadiləsinin pozulmasını istəmirsinizsə, portağal suyunu əsas yeməkdən bir az gec için.

Paxla

12 продуктов, которые могут навредить, если есть их в неправильное время

Paxlalılar liflə zəngindir, odur ki, istifadəsi şişkinliyə səbəb olur və yuxu keyfiyyətini azaldır. Bu məhsul günorta yeməyi və ya erkən şam yeməyi üçün idealdır: bu yolla bütün sağlam maddələr udulur, şişkinlik və ya köklük hiss edilmir.

Alma

12 продуктов, которые могут навредить, если есть их в неправильное время

Alma liflə zəngindir, həzm və kolon funksiyasını yaxşılaşdıran təbii turşuları ehtiva edir. Ancaq axşam saatlarında alma yemək mədə turşuluğunu artıra və narahatlıq yarada bilər. Həm də həddindən artıq qaz problemlərinə gətirib çıxarır. Çünki gecə həzm yavaşlayır və hər hansı bir yeməyin həzmi daha uzun çəkir.

Alma üçün ən yaxşı vaxt səhərdir. Beləliklə, uzun bir yuxudan sonra bağırsaq hərəkətlərini stimullaşdırırsınız. Bu, xüsusilə gecə saatlarında və ya çox yemək yediyiniz təqdirdə faydalıdır.

Qatıq

12 продуктов, которые могут навредить, если есть их в неправильное время

Acqarına və ya yeməkdən əvvəl qatıq yeməyin. Qatıqda mədənin turşuluğunu azaldan süd turşusu var. Bu, əsas yemək zamanı həzmi yavaşladacaq.

Laktik turşunun bütün üstünlüklərini əldə etmək üçün əsas yeməkdən 1-2 saat sonra qatıq yeyin. Yatmazdan əvvəl kiçik bir kasa qatıq yemək yaxşı seçimdir: əzələlərin inkişafını sürətləndirərək bədəni zülalla təmin edəcək.

Aytən Məftun