Azərbaycanın məşhur Xalq artistinin ailəsində AĞIR İTKİ - FOTO

30 Noyabr 2019 21:40 (UTC+04:00)

Xalq artisti Aygün Kazımovaya ağır itki üz verib.

Publika.az news24.az-a istinadən xəbər verir ki, A.Kazımovanın bir həftə öncə azadlığa çıxan qardaşı Kazım Kazımzadə vəfat edib.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib. Noyabrın 15-i isə Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Xalq artisti orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkmişdi.

Allah rəhmət eləsin!