Bakıda “Mercedes”lə qadını vurub qaçan sürücü tutuldu

2 Dekabr 2019 13:49 (UTC+04:00)

Bakıda piyadanı vurub qaçan sürücü tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 28-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Kərimova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılıb.