Azərbaycanla Qazaxıstan arasında yeni protokol təsdiq edildi

3 Dekabr 2019 12:43 (UTC+04:00)

Azərbaycanla Qazaxıstan arasında yeni protokol təsdiq edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.