Məşhur qəzetdə irqçilik qalmaqalı

7 Dekabr 2019 08:10 (UTC+04:00)

İtaliyanın nüfuzlu “Corriere dello Sport"qəzetində yol verilən irqçilik qalmaqal yarabıb.

Publika.az xəbər verir ki, nəşrin manşetində A seriyasının 15-ci turunda bu gün "İnter"lə "Roma" arasında keçiriləcək qarşılaşma haqda xəbər yer alıb. Məqaləyə iki qaradərili oyunçunun - Romelu Lukaku (“İnter”), Kris Smollinqin (“Roma”) şəkli qoyulub və başlıqda isə "Black Friday" (Qara Cümə) yazılıb.

Bu isə sözügenən klublarla yanaşı, bütün İtaliya futbol ictimaiyyətinin narazılığına səbəb olub.

Qəzet rəhbərliyi isə məqsədlərinin irqçilik etmək yox, əksinə bununla mübarizə aparmaq olduğunu bildirib.