Aralıq dənizində YENİ BÖHRAN: İsrail yunanlarla qarşı-qarşıya

10 Dekabr 2019 10:38 (UTC+04:00)

Şərqi Aralıq dənizində Türkiyənin enerji axtarışlarına qarşı birləşən ölkələrin ittifaqı öz içindən çatlayıb.

Publika.az xəbər verir ki, "Globes"un internet səhifəsində İsrail Energetika Nazirliyinin baş katibi Udi Adiri ötən ay “Afrodit” təbii qaz sahəsində fəaliyyət göstərən “Shell”, “Noble Energy” və “Delek” şirkətlərinə məktub yollayıb.

Məktubda Cənubi Kipr Yunan Muxtariyyətinin elan etdiyi iqtisadi bölgədə yerləşən “Afrodit” ilə İsrailin “Yishai” qaz sahəsinin sərhədlərinin üst-üstə düşdüyü, İsrail-Cənubi Kipr arasındakı anlaşmazlıq həll edilmədən firmaların bölgədəki fəaliyyətinin genişləndirilməyəcəyi bildirilib.

Zümrüd