Xəstəxanaya silahlı basqın: 6 ölü, 2 yaralı - FOTO

10 Dekabr 2019 14:00 (UTC+04:00)

Çexiya Respublikasında xəstəxanaya hücum olub.

Publika.az xəbər verir ki, naməlum şəxs səhər saatlarında Ostrava şəhər poliklinikalarından birinə odlu silahla basqın edib.

Nəticədə 6 nəfər ölüb, 2 nəfər ağır yaralıdır.

Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Cinayətkar atəş açaraq intihar edib. Onun kimliyi dəqiqləşdirilir.

Zümrüd