Messi "El Klassiko"dan danışdı

13 Dekabr 2019 03:44 (UTC+04:00)

"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın 10-cu turundan təxirə salınmış "Real"la oyun öncəsi fikirlərini bildirib.

Publika.az xəbər verir ki, o, "El Klassiko" ilə bağlı bunları deyib: "Çox güclü "Real" gözləyirəm. Onlar La Liqada və Çempionlar Liqasındakı son matçlarda bunu göstərdilər. "El Klassiko" hər zaman özəldir. Komandaların turnir cədvəlindəki mövqeyinin önəmi yoxdur. Hazırda həm "Barselona", həm də "Real" yaxşı yerdədir".

Qeyd edək ki, sözügedən qarşılaşma dekabrın 18-i keçiriləcək.