Bakıda dava - Xəsarət alan var

13 Dekabr 2019 08:05 (UTC+04:00)

Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayon Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 45 yaşlı Nəriman Əliyev Qulu oğlu qonşusu tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona dizinin əzilməsi diaqnozu qoyulub.