Üsyançılar avtomobili partlatdılar, 3 əsgər yaralandı

13 Dekabr 2019 08:41 (UTC+04:00)

Kolumbiyada üsyançılar avtomobili partladıblar.

Publika.az xəbər verir ki, 12 dekabrda günorta saatlarında Kubara bələdiyyəsində bir avtomobildə partlayıcı qurğular işə salınıb, nəticədə 3 əsgər yaralanıb.

Yaralı hərbçilər yerli xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.