Bakıda ofisdən 40 min manat oğurlandı

13 Dekabr 2019 13:23 (UTC+04:00)

Bakıda külli miqdarda pul oğurlamış şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40.000 manat və bir uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.

Tutulan şəxs barəsində əlavə araşdırmalar aparılır.sabunç