Salah Luis Suaresi geridə qoydu

15 Dekabr 2019 02:00 (UTC+04:00)

İngiltərə Premyer Liqasının XVII turunun "Uotford"la oyunu (2:0) "Liverpul"un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, sözügedən qarşılaşmada dubl ed'n misirli futbolçu Mersisayd klubunda ümumilikdə 84-cü qolunu vurub. 27 yaşlı forvard bu göstərici ilə hazırda "Barselona"da çıxış edən sabiq "Liverpul"lu Luis Suaresi geridə qoyub. Uruqvaylı hücumçunun hesabında 82 qol var.

Qeyd edək ki, Salah 2017-ci ilin yayından "Liverpul"da oynayır.